ABŞ Şimali Koreyanın raket buraxılışlarını təhlükə kimi qiymətləndirmirbackend

ABŞ Şimali Koreyanın raket buraxılışlarını təhlükə kimi qiymətləndirmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreyanın son raket buraxılışları ABŞ hərbçiləri, ölkə ərazisi və Vaşinqtonun regiondakı müttəfiqləri üçün birbaşa təhlükə yaratmır.

Bu barədə ABŞ-ın Hind-Sakit okean Komandanlığı (USPACOM) məlumat yayıb.

ABŞ tərəfi bildirib ki, raket buraxılışları ilə bağlı müttəfiqlərlə sıx məsləhətləşmələr aparılır və vəziyyət izlənilir.
Qeyd edək ki, Şimali Koreya avqustun 20-də Cənubi Koreya hərbçilərinin məlumatına görə, təxminən 10 qısa mənzilli ballistik raket buraxıb.

Raketlərin təxminən 300 kilometr məsafə qət edərək ölkənin şərq sahilləri istiqamətində dənizə düşdüyü bildirilib.
Buraxılışlar ABŞ və Cənubi Koreyanın “Ulchi Freedom Shield” birgə hərbi təlimləri fonunda baş verib. Pxenyan daha əvvəl bu təlimləri təxribat xarakterli hesab etdiyini açıqlamışdı.

//Samir Qurbanov, Editor.az