Bu ölkədə nazirlərin maaşları azaldılacaqbackend

Bu ölkədə nazirlərin maaşları azaldılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən, Fransanın Baş naziri Sebastyan Lekornyu nazirlik ofislərində çalışan müşavirlərin və nazirlərin məvaciblərinin azaldılması variantını müzakirə edir.

Editor.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Hökumət rəhbərinin yaxın ətrafından belə məlumat verilib:

“Baş nazir düşünür ki, əgər hökumət özü bu cür addımlar atmazsa, Fransa vətəndaşlarından fədakarlıq gözləmək qeyri-mümkündür”.

Onun sözlərinə əsasən, həyata keçiriləcək bu tədbir büdcə kəsirinin kəskin şəkildə azalmasına səbəb olmasa da, sosial ədalət prinsipləri ilə tam uzlaşacaq.

Bununla yanaşı, senatorların və deputatların məvaciblərinin təqribən 10% aşağı salınması ehtimalı da gündəmdədir. Baş nazirin yaxın ətrafından bildirilib ki, bu məsələ birbaşa olaraq parlamentin səlahiyyətləri daxilindədir.

Qeyd edək ki, Fransada nazir maaşlarının azaldılması sonuncu dəfə 2012-ci ildə, sabiq prezident Fransua Ollandın hakimiyyəti illərində baş verib. Həmin vaxt həm ölkə prezidentinin, həm də baş nazirin məvacibləri də daxil olmaqla, ümumi maaşlar 30% azaldılmışdı: nazirlərin vergidənkənar aylıq gəliri 14 200 avrodan 9 940 avroya qədər düşmüşdü.