“Fənərbağça”nın seçkiləri dövründə prezidentliyə namizəd Hakan Safi “Sportinq”də çıxış edən hücumçu Luis Suarezlə anlaşdığını açıqlamışdı.
Editor.az xəbər verir ki, aylar sonra susqunluğunu pozan kolumbiyalı hücumçu açıqlama verib.
Transfer dönəmində bu cür söz-söhbətlərin olduqca təbii olduğunu vurğulayan Suares “Fənərbaxça” ilə bağlı suala səmimi cavab deyib: “Yalan danışmaram, məni tanıyanlar dürüstlüğümü bilirlər. Bunu bir müddət əvvəl prezidentimiz də açıq şəkildə bildirmişdi. Doğrudan da, transfer pəncərəsi zamanı irəliləyişlər oldu; heç bir şeyin olmadığını deyə bilmərəm. Amma bir proses, şübhəsiz ki, keçmişdə olub. İndi bütün diqqətimi Sportingə yönəltmişəm və kluba bağlılığımı meydanda nümayiş etdirməyə davam edirəm”.
//Dəniz Pənahova, Editor.az

