Yəmənin cənubundakı Əl-Dhaliya qubernatorluğuna səfər edən müdafiə naziri Taher əl-Aqilinin karvanına edilən hücumdan sonra itkilərin olduğu bildirilib.
Editor.az xarici mediaya istinadən xəbər verir ki, konvoyda olan avtomobil yandırılıb.
Eyni zamanda nazirin ətrafının bəzi üzvlərinin saxlanıldığı, əl-Aqilinin silahlı qruplar tərəfindən mühasirəyə alındığı da qeyd edilib.
Nazirin vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
//Dəniz Pənahova, Editor.az

