Çeçenistanın rəhbəri Ramzan Kadırov ölkədə yaşayan kişiləri uzun saqqal və qısa şalvar geyinməyi dəb trendinə çevirməməyə çağırıb.
Editor.az xəbər verir ki, o, bu barədə sentyabrın 9-da regionun təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşündə bildirib.
“Bizdə çox uzun saqqallı kişilər var. Bununla belə, onlar nə camaat namazına qatılırlar, nə də məscidlərə baş çəkirlər, əksinə, onlar gecə-gündüz prospektlərdə avara gəzirlər, heç nə etmirlər. Onlar uzun saqqalları və qısa şalvarları bir növ dəb halına salıblar və gənc nəsil onları təqlid etməyə başlayıb”, – Kadırov deyib.
//Dəniz Pənahova, Editor.az

