Bu günlərdə Ərdoğanın təhqir olunması iddiaları ilə bağlı məhkəmədə açıqlama verən Gələcək Partiyasının sədri Əhməd Davudoğlu bu şənbə günü oğluna toy edir.
Editor.az xəbər verir ki, toy mərasimi üçün hazırlanan qonaqlar siyahısında prezident Rəcəb Tayyib Ərdoğan da yer alıb.
Qeyd edək ki, son hüquqi və siyasi hadisələrin fonunda uzadılan bu dəvətdən sonra prezident Ərdoğanın mərasimdə iştirak edib-etməyəcəyi ilə bağlı böyük maraq var.
//Dəniz Pənahova, Editor.az

