“Bunu artıq planlaşdırmışıq”: NATO Kalininqradı “yer üzündən silməyə” hazır olduqlarını bəyan etdibackend

“Bunu artıq planlaşdırmışıq”: NATO Kalininqradı “yer üzündən silməyə” hazır olduqlarını bəyan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO müttəfiqləri zərurət yarandığı halda Rusiyanın Kalininqrad bölgəsini qısa müddət ərzində “yer üzündən silməyə” hazırdır. Bu barədə ABŞ-ın Avropa və Afrika üzrə quru qoşunlarının komandanı, general Kristofer Donahyu Defense News nəşrinə açıqlamasında bildirib.

Generalın sözlərinə görə, ABŞ və NATO müttəfiqləri hazırda “Şərq cəbhəsində çəkindirmə xətti” adlı yeni strateji planın həyata keçirilməsinə başlayıblar. Bu plan çərçivəsində alyans ölkələri Rusiyanın mümkün təcavüzünə qarşı mübarizədə diqqəti hava və dəniz qüvvələrindən quru qoşunlarına yönəldir.

Donahyunun bildirdiyinə görə, NATO ölkələri Rusiyadan gələn təhlükəyə qarşı cavab tədbirləri çərçivəsində silah sistemlərini və informasiya mübadiləsini standartlaşdırmağa, həmçinin üzv ölkələrin sənaye və iqtisadi potensialına əsaslanaraq ortaq müdafiə sistemləri qurmağa çalışırlar.

“Bunu artıq planlaşdırmışıq. Əgər ehtiyac yaranarsa, çox qısa müddətdə reaksiya verəcəyik,” – deyə general vurğulayıb.

//Samir Qurbanov, Editor.az