Dmitriyev: “Avropanın həqiqi liderləri Rusiya ilə tərəfdaşlıq istəyir”backend

Dmitriyev: “Avropanın həqiqi liderləri Rusiya ilə tərəfdaşlıq istəyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri və Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Avropa ilə Rusiya arasında münasibətlərə dair açıqlama verib.

Dmitriyev X sosial şəbəkəsində paylaşdığı fikirdə bildirib ki, onun qənaətincə, “Avropanın həqiqi liderləri” Rusiya ilə qarşılıqlı faydalı tərəfdaşlığın tərəfdarıdır. O, Avropada bu istiqamətdə yanaşmaların gücləndiyini iddia edib.

Rusiya rəsmisinin bu açıqlaması Moskva ilə Qərb arasında münasibətlərin gərgin olaraq qaldığı bir dövrdə səsləndirilib.

//Samir Qurbanov, Editor.az