Paşinyanın kadr dəyişikliyinin pərdəarxası: hər şey Türkiyə ilə…backend

Paşinyanın kadr dəyişikliyinin pərdəarxası: hər şey Türkiyə ilə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentində yeni sədr seçimi ilə bağlı diqqətçəkən məlumatlar gündəmə gəlib.

Ermənistanın “Hraparak” nəşrinin yazdığına görə, Ruben Rubinyanın Milli Assambleyanın sədri postuna namizəd göstərilməsinin əsas səbəbi yalnız Türkiyə amili olub.

Nəşr bildirir ki, həlledici amil Rubinyanın Ankara ilə aparılan danışıqlarda xüsusi nümayəndə kimi fəaliyyəti olub. Əks halda, Nikol Paşinyan sadiq silahdaşı Alen Simonyanı kənarda qoyaraq onu incitməzdi.

Eyni zamanda hakim “Vətəndaş Müqaviləsi” fraksiyasına kimin rəhbərlik edəcəyi hələ dəqiq deyil. Öz namizədliyini partiya aparatına rəhbərlik edən, maliyyə məsələlərinə nəzarət edən və Paşinyanın partiyadakı gözləri və qulaqları hesab olunan Arusyak Manavazyan irəli sürüb.

Bununla yanaşı, müzakirələrdə baş nazirin fraksiya rəhbəri postunda Ermənistanın sabiq səfiri Lilit Makuntsu görmək istədiyi bildirilir. Makunts əvvəllər parlament sədri vəzifəsinə də namizəd kimi nəzərdən keçirilirdi.

Hakim partiya daxilində həmçinin Andranik Koçaryanın müdafiə komissiyasının sədri vəzifəsindən uzaqlaşdırılması və onun hazırkı müavini Armen Xaçatryanın həmin posta təyin olunması ehtimalı da müzakirə olunur.

Musavat.com