Fransız general: “NATO bu axşam müharibəyə hazır olmalıdır”backend

Fransız general: “NATO bu axşam müharibəyə hazır olmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Quru Qoşunlarının komandanı, general Pyer Şill NATO ölkələrini ən yaxın vaxtda mümkün silahlı toqquşmalara hazır olmağa çağırıb.

Editor.az xəbər verir ki, bu barədə o, Valeurs actuelles jurnalına verdiyi geniş müsahibəsində bildirib.

Generalın sözlərinə görə, Fransa Silahlı Qüvvələrinin inkişafına ciddi sərmayə qoymalı və “Avropanın ən güclü quru ordusu” kimi mövqeyini bərpa etməlidir.

Pyer Şill həmçinin Rusiyaya qarşı aparılan müharibəni yaxından izlədiyini vurğulayıb və Qərb dövlətlərinin hava və quru dronlarının istehsalı və tətbiqi sahəsində geri qaldığını etiraf edib.

//Samir Qurbanov, Editor.az