Bu ilin yanvar-iyul aylarında Azərbaycan 239,4 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın avqust sayında bildirilir.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 33,9 % çoxdur.
Təkcə iyulda isə Azərbaycan 37,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 9,7 % çoxdur.
7 ay ərzində Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,3 % artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.

