İslam Respublikasına qarşı “İsrail ilə əlbir olan” dövlətlər məsuliyyətə cəlb olunacaqlar.
İranın xarici işlər naziri Abbas Əraqçi bunu 13 apreldə X-də bildirib. O, bu şərhi İsrail Baş Naziri Ofisinin Benyamin Netanyahunun Birləşmiş Ərəb Əmirliklərinə gizli səfəri ilə bağlı verib. Bəyanatda İsrail baş nazirinin BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayedlə görüşdüyü bildirilir.
Lakin BƏƏ Xarici İşlər Nazirliyi Netanyahunun səfəri və ya İsrail hərbi nümayəndə heyətinin öz ərazisində qəbul edilməsi ilə bağlı məlumatları rəsmi olaraq təkzib edib.
//Samir Qurbanov, Editor.az


