ABŞ və Ukrayna münaqişənin həlli ilə bağlı yeni təklifləri müzakirə edəcəkbackend

ABŞ və Ukrayna münaqişənin həlli ilə bağlı yeni təklifləri müzakirə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqtonda keçiriləcək görüşdə Ukraynaya təhlükəsizlik zəmanətləri və müharibədən sonrakı bərpa planı da müzakirə olunacaq.

ABŞ və Ukrayna nümayəndələri oktyabrın 9-da Ukrayna münaqişəsinin nizamlanmasına dair yeni təşəbbüs və təklifləri müzakirə etmək üçün görüş keçirəcəklər.

Editor.az-ın məlumatına görə, bu barədə Reuters agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, müzakirələrin əsas mövzusu ABŞ nümayəndələrinin Moskvaya və Kiyevə son səfərləri zamanı Rusiya və Ukrayna tərəfləri ilə təmaslar əsasında işləyib hazırlamağa başladığı yeni ideya və təkliflər olacaq.

Görüşdə ABŞ-ni prezidentin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerin təmsil edəcəyi gözlənilir. Həmçinin ABŞ Maliyyə Nazirliyinin və Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Bundan əlavə, Vaşinqton Almaniya, Böyük Britaniya və Fransanın milli təhlükəsizlik məsələləri üzrə müşavirlərini də müzakirələrə qoşulmağa dəvət edib. Nəşrin məlumatına əsasən, NATO və Avropa İttifaqının bəzi rəsmiləri də görüşdə iştirak edəcəklər.

Tərəflərin Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsi ətrafında fikir mübadiləsi aparacağı, eləcə də münaqişə başa çatdıqdan sonra ölkənin bərpası planını və digər məsələləri nəzərdən keçirəcəyi bildirilir.

Xatırladaq ki, sentyabrın əvvəlində Stiven Uitkoff və Cared Kuşner Moskvaya və Kiyevə səfər edərək Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıblar. Uitkoff daha sonra səfərlərin nəticələrini əhəmiyyətli irəliləyiş kimi qiymətləndirib.

//Gülnarə Abasova, Editor.az