Ermənistan MTX-dən azərbaycanlılarla bağlı yayılan xəbərlərə CAVABbackend

Ermənistan MTX-dən azərbaycanlılarla bağlı yayılan xəbərlərə CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) üç azərbaycanlının ölkə ərazisinə keçməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Editor.az xəbər verir ki, Ermənistan mediasının yaydığı məlumata görə, qurum iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

Xatırladaq ki, bundan əvvəl Ermənistan mətbuatında Mehri bölgəsində Azərbaycan tərəfdən sərhədi keçdiyi ehtimal olunan üç nəfərin axtarıldığı barədə xəbərlər yayılmışdı.

İddialara görə, gecə saatlarında sərhədyanı Kuris kəndinin sakinləri mülki geyimli üç naməlum şəxsi görüblər və onların azərbaycanlı ola biləcəyini ehtimal ediblər.

Məlumatlarda axtarış tədbirlərinə Ermənistanın müvafiq qurumları ilə yanaşı, ərazidə xidmət aparan Rusiya sərhədçilərinin də qoşulduğu bildirilirdi. Həmçinin axtarış zamanı pilotsuz uçuş aparatlarından istifadə edildiyi iddia olunurdu.

Lakin Ermənistan MTX yayılan məlumatları təkzib edərək, bu iddiaların əsassız olduğunu açıqlayıb.