Afət Fərmanqızına qarşı məhkəmə qərarı: 7 min manat ödəyəcəkbackend

Afət Fərmanqızına qarşı məhkəmə qərarı: 7 min manat ödəyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovun Afət Fərmanqızına qarşı qaldırdığı mülki iddia üzrə məhkəmə prosesi başa çatıb.

Editor.az “Unikal”a istinadən yaydığı məlumata əsasən xəbər verir ki, Tovuz Rayon Məhkəməsi iddianı qismən təmin edib.

Rəşad Şərifov məhkəmədən internet platformalarında onun barəsində yayılan məlumatların təkzib olunmasını, həmin ifadələrin şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilməsini və 100 min manat mənəvi təzminat ödənilməsini tələb edib.

Məhkəmənin qətnaməsinə əsasən, Afət Fərmanqızının sosial şəbəkələrdə, YouTube, Telegram və digər rəqəmsal platformalarda işlətdiyi ifadələr Rəşad Şərifovun şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab olunub.

Qərara əsasən, müğənnidən Rəşad Şərifovun xeyrinə 7 min manat mənəvi təzminat və 90 manat dövlət rüsumu tutulacaq.