Azərbaycanda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərdən istifadə genişlənib. Bu il belə ödənişlərin ümumi payı 89 faizə çatıb.
Editor.az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, son iki ildə avtobuslarda nağdsız ödənişlərin payı 12 faiz bəndi artıb. Belə ki, bu göstərici 2024-cü ildə 77 faiz, 2025-ci ildə isə 85 faiz təşkil edib.
Statistika ictimai nəqliyyatda nağdsız ödəniş üsullarından istifadənin artdığını göstərir.

