Donald Trump: Çin İrana hərbi yardım göstərməyəcəyinə söz veribbackend

Donald Trump: Çin İrana hərbi yardım göstərməyəcəyinə söz verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trump Çin lideri Xi Jinping ilə keçirdiyi görüşdən sonra diqqətçəkən açıqlamalar verib.

Editor.az-ın məlumatına görə, Tramp bildirib ki, Si Cinpin Pekinin İrana hərbi texnika və silah göndərməyəcəyini açıqlayıb. Onun sözlərinə görə, Çin tərəfi regionda gərginliyin daha da artmaması üçün diplomatik səyləri dəstəkləməyə hazır olduğunu vurğulayıb.

ABŞ prezidentinin sözlərinə əsasən, görüş zamanı Hörmüz boğazındakı vəziyyət də müzakirə olunub. Si Cinpin boğazın açıq qalmasının beynəlxalq ticarət və enerji təhlükəsizliyi baxımından vacib olduğunu qeyd edərək, bu istiqamətdə əməkdaşlığa hazır olduqlarını bildirib.

Tramp açıqlamasında deyib:

“Si Cinpin bizə bildirdi ki, Çin İrana hərbi yardım göstərməyəcək. O, həmçinin Hörmüz boğazında sabitliyin qorunmasına dəstək verəcəklərini dedi”.

Müşahidəçilər hesab edir ki, Pekinin bu mesajı Yaxın Şərqdə artan gərginlik fonunda beynəlxalq ictimaiyyətə verilmiş mühüm siyasi siqnaldır. Ekspertlərin fikrincə, Çinin hərbi məsələlərdə ehtiyatlı mövqe sərgiləməsi regionda mümkün qarşıdurma riskinin azaldılmasına hesablanıb.

 

//Gülnarə Abasova, Editor.az