Rusiyanın həyata keçirdiyi genişmiqyaslı zərbələr nəticəsində həyatını itirənlərlə əlaqədar olaraq, iyulun 3-də Kiyev şəhərində hüzn günü kimi müəyyən edilib.
Oxu.Az xəbər verir ki, bu qərarı Ukrayna paytaxtının meri Vitali Kliçko açıqlayıb.
“Sabah şəhər tabeliyində olan bütün bələdiyyə tikililərində bayraqlar yarıya qədər endiriləcək. Dövlət və özəl mülkiyyətdə olan binalarda da dövlət bayraqlarının salınması məsləhət görülür. İyulun 3-də şəhər ərazisində bütün növ əyləncəli tədbirlərin keçirilməsinə qadağa qoyulub”, – deyə o bildirib.
Son məlumatlara əsasən, Kiyev şəhərində baş verən hadisə nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
Ötən gecə Rusiyanın Kiyevə endirdiyi hava zərbələri nəticəsində 11 nəfər həlak olub, 56 nəfər yaralanıb.
Oxu.Az bu barədə Ukrayna mediasına istinadən xəbər verir.

