Netanyahudan SENSASİYA: İsrail bundan imtina edə bilərbackend

Netanyahudan SENSASİYA: İsrail bundan imtina edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş nazir Benyamin Netanyahu ABŞ-ın İsrailə ayırdığı maliyyə yardımından imtina etmək niyyətində olduğunu deyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “News18” məlumat yayıb.

“Mən Amerika yardımını dayandırmaq istəyirəm. Bu, sanki bir müavinətdir, mən bunu istəmirəm”, – deyə Netanyahu bildirib.

O qeyd edib ki, İsrail iqtisadiyyatı artıq kiçik iqtisadiyyat deyil və ölkə ABŞ-dan aldığı ÜDM payını öz gücü hesabına maliyyələşdirə bilər.

“İstəyirəm ki, bu proses elə bu ildən başlasın”, – deyə Baş nazir əlavə edib.

Bununla yanaşı, Benyamin Netanyahu regional təhlükəsizliklə bağlı bir sıra açıqlamalar da verib.

O, Fələstin dövlətinin yaradılmasına qarşı olduğunu bildirib.

İsrailin İrana qarşı hərbi əməliyyatlarını şərh edən Netanyahu bunları deyib:

“Biz məhv olmaqdan yayınmaq üçün iki dəfə İrana daxil olmuşuq. Lazım gələrsə, üçüncü dəfə də olacaq”.

Baş nazir həmçinin vurğulayıb ki, İsrail ordusu “Hizbullah”ı təhlükə hesab etdiyi müddətdə Livanda qalmağa davam edəcək.