Netanyahu: İsrail bu ildən ABŞ-ın maliyyə yardımından imtina etməyi planlaşdırırbackend

Netanyahu: İsrail bu ildən ABŞ-ın maliyyə yardımından imtina etməyi planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin ABŞ-dan aldığı maliyyə yardımından imtina etmək niyyətində olduğunu açıqlayıb.

Editor.az bu barədə xarici mediaya istinadla yazır.

Netanyahunun sözlərinə görə, ABŞ-ın göstərdiyi maliyyə dəstəyi “işsizlik müavinəti”nə bənzəyir və o, İsrailin bu cür yardımdan asılı qalmasını istəmir.

Baş nazir bildirib ki, İsrail iqtisadiyyatı artıq kiçik iqtisadiyyat deyil və ölkə indiyədək Vaşinqtonun maliyyələşdirdiyi ÜDM payını öz hesabına qarşılamaq imkanına malikdir.

“İstəyirəm ki, bu proses elə bu ildən başlasın”, – deyə Netanyahu vurğulayıb.

Bundan əvvəl Politico nəşri mənbələrə istinadən yazmışdı ki, İsrail rəhbərliyinin son addımları fonunda Vaşinqton artıq bu ölkəyə əvvəlki kimi müstəsna siyasi statusa malik müttəfiq kimi yanaşmır.

 

//Gülnarə Abasova, Editor.az