“Gürcüstan Azərbaycan və Ermənistanla dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası istiqamətində işləri davam etdirəcək”.
Editor.az Globalinfo-ya istinadla xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
O bildirib ki, Tbilisinin həm Azərbaycan, həm də Ermənistanla dostluq münasibətləri var və sərhədlərin müəyyənləşdirilməsi prosesi bu çərçivədə davam etdiriləcək:
“Mövcud hakimiyyət bu məsələni əvvəlki dövrdən miras alıb və keçmişdə sərhəd məsələləri daha da mürəkkəbləşib. Gürcüstan qonşu ölkələrlə mövcud bütün sərhəd məsələlərinin danışıqlar yolu ilə həllinə çalışır.
Azərbaycan və Ermənistanla delimitasiya və demarkasiya üzrə işlər qarşılıqlı dostluq şəraitində davam etdiriləcək”.

