Oktyabrın 6-da ölkə ərazisində yağışlı hava şəraitinin hökm sürəcəyi, bəzi yerlərdə leysan yağacağı gözlənilir.
Editor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, oktyabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.
Gecə və səhər saatlarında bəzi ərazilərdə qısamüddətli leysan yağışları yağacağı, şimşək çaxacağı ehtimal olunur. Ərazidə cənub-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 13-17°, gündüz isə 19-22° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80% arasında dəyişəcək.
Ölkənin rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bununla belə, gecə və səhər saatlarında bəzi şərq rayonlarında, axşam isə ayrı-ayrı ərazilərdə arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Dağlıq ərazilərdə qar yağması mümkündür. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq.
Rayonlarda şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 19-24° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 2-7°, gündüz 13-18° isti proqnozlaşdırılır.

