Nobel həftəsi başladı: İlk mükafatın sahibi BU GÜN məlum olacaqbackend

Nobel həftəsi başladı: İlk mükafatın sahibi BU GÜN məlum olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-cı il Nobel mükafatlarının təqdimatı başlayır və ilk qalib bu gün açıqlanacaq.

Editor.az Euronews-a istinadən xəbər verir ki, 2026-cı il Nobel mükafatlarının elan edilməsi prosesi bu gün, oktyabrın 5-də başlayır.

İlk olaraq İsveçin paytaxtı Stokholmda yerləşən Karolinska İnstitutunda Fiziologiya və ya Tibb üzrə Nobel mükafatının builki qalibi açıqlanacaq. Mükafata namizədlərin adları əvvəlcədən gizli saxlanılır və Nobel Komitəsi elan anına qədər seçimlə bağlı məlumat yaymır. Qalibin Mərkəzi Avropa yay vaxtı ilə saat 11:10-dan əvvəl açıqlanması gözlənilmir.

Ötən il Fiziologiya və ya Tibb üzrə Nobel mükafatı periferik immun tolerantlığı sahəsindəki kəşflərinə görə ABŞ-da fəaliyyət göstərən alimlər Meri E. Brunkov və Fred Ramsdell, eləcə də yaponiyalı alim Şimon Sakaguchi arasında bölüşdürülüb.

Karolinska İnstitutu üç tədqiqatçının immun sisteminin orqanizmə zərər verməsinin qarşısını alan periferik immun tolerantlığı ilə bağlı mühüm kəşflərinə görə mükafatlandırıldığını açıqlayıb. Mütəxəssislər bu araşdırmaların 1-ci tip diabet, revmatoid artrit və lupus kimi autoimmun xəstəliklərin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu bildiriblər.

Nobel mükafatı 1901-2025-ci illər arasında ümumilikdə 116 dəfə təqdim olunub və bu mükafata 232 laureat layiq görülüb.

Bu gün tibb üzrə mükafatın elanından sonra Nobel həftəsi davam edəcək. Oktyabrın 6-da Fizika, 7-də Kimya, 8-də isə Ədəbiyyat üzrə Nobel mükafatlarının qalibləri açıqlanacaq.

Oktyabrın 9-da Sülh üzrə Nobel mükafatının laureatı elan ediləcək. Oktyabrın 12-də isə İqtisadiyyat üzrə Nobel Memorial Mükafatının qalibi məlum olacaq.

Bu il Nobel mükafatının məbləği laureatın fərdi şəxs, kiçik qrup və ya təşkilat olmasından asılı olmayaraq 12 milyon İsveç kronu, yəni təxminən 1,09 milyon avro təşkil edir.

Nobel mükafatlarının təqdimetmə mərasimi dekabrın 10-da keçiriləcək. Mərasim Alfred Nobelin ölümünün ildönümünə təsadüf edir. Dinamitin ixtiraçısı və Nobel mükafatlarının təsisçisi olan Alfred Nobel 1896-cı il dekabrın 10-da vəfat edib.

// Aydan Bünyatova, Editor.az