Fransada orta məktəb şagirdlərinin təhsil sistemi ilə bağlı narazılıqlar səbəbindən başlatdığı etirazlar bütün ölkəyə yayılıb.
Editor.az-ın xəbərinə görə, hadisə zorakılıqla müşayiət olunan qarşıdurmalara çevrilib.
Belə ki, baş verən iğtişaşlar zamanı 5000-dən çox insan saxlanılıb, 24 məktəb yandırılıb və vandalizmə məruz qalıb. Eyni zamanda yüzlərlə insan xəsarət alıb və yüzlərlə məktəbdə dərslər dayandırılıb.
Qeyd edək ki, iğtişaşlara qarşı mübarizə aparan polis və jandarma qüvvələrinin səfərbər edilməsi, həmçinin həmkarlar ittifaqlarının etirazlarda iştiraka çağırışları fonunda, diqqət oktyabrın 6-na planlaşdırılan irimiqyaslı nümayişlərə yönəlib.
//Dəniz Pənahova, Editor.az

