Azərbaycan karateçisi İrina Zaretska Avstriyada qızıl medal qazandı.
Editor.az Moderator.az-a istinadən xəbər verir ki, Azərbaycan karate millisinin üzvü İrina Zaretska Avstriyanın Zaltsburq şəhərində təşkil olunan Karate 1 – A Seriyası turnirində uğur qazanıb.
68 kq çəki dərəcəsində mübarizə aparan İrina Zaretska bütün rəqiblərini geridə qoyaraq turnirin qalibi olub və qızıl medal əldə edib.
Beləliklə, Azərbaycan təmsilçisi yarışda fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

