Şəhid Əlihüseyn Məmmədovun anım günüdür-Fotolarbackend

Şəhid Əlihüseyn Məmmədovun anım günüdür-Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Əlihüseyn Məmmədovun anım günüdür.

1998-ci ildə Bakı şəhərində anadan olan Əlihüseyn Məmmədov 2016-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin energetika mühəndisliyi ixtisasına qəbul olub, 2020-ci ildə ali təhsilini başa vurduqdan sonra könüllü olaraq hərbi xidmətə yollanıb. Vətən müharibəsində iştirak edən Əlihüseyn Füzuli istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub.

Nümunəvi davranışı, mədəni rəftarı və Vətən sevgisi ilə seçilən şəhid Əlihüseyn Məmmədovun əziz xatirəsi daim ehtiramla anılacaq.

Allah rəhmət eləsin! Ruhu şad, məqamı uca olsun!