Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ öz sülh təşəbbüsünü daha fəal və ardıcıl şəkildə irəli sürsəydi, Ukraynadakı müharibə ilə bağlı danışıqlar çoxdan başlaya və hərbi əməliyyatlar dayandırıla bilərdi.
Lavrov bu fikirləri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində RT Arabic telekanalına verdiyi müsahibədə səsləndirib.
“Əgər ABŞ öz təşəbbüsünü həqiqətən də irəli aparsaydı, düşünürəm ki, biz çoxdan danışıqlar masası arxasında olardıq və hərbi əməliyyatlar dayandırılmışdı”, – deyə rusiyalı nazir vurğulayıb.
Lavrovun sözlərinə görə, münaqişənin siyasi-diplomatik yolla həlli üçün əsas şərtlərdən biri beynəlxalq vasitəçilərin sülh prosesində daha fəal rol oynamasıdır. ABŞ tərəfi isə indiyədək bu açıqlamaya münasibət bildirməyib.
//Samir Qurbanov, Editor.az


