ABŞ-ın NASA agentliyi Marsın atmosferini öyrənən MAVEN kosmik aparatının missiyasının rəsmi olaraq başa çatdığını elan edib.
Forbes nəşrinin məlumatına görə, MAVEN (Mars Atmosphere and Volatile Evolution) aparatı 11 ildən artıq müddətdə Marsın yuxarı atmosfer qatlarını araşdıraraq Qırmızı Planetin iqlim tarixinin öyrənilməsində mühüm rol oynayıb.
Məlumata əsasən, kosmik aparatla əlaqə hələ 2025-ci ilin dekabr ayında kəsilib. Mütəxəssislərin uzunmüddətli cəhdlərinə baxmayaraq, aparatla rabitəni bərpa etmək mümkün olmayıb və NASA missiyanın başa çatdığını rəsmən təsdiqləyib.
2013-cü ildə buraxılan MAVEN missiyası Mars atmosferinin zamanla necə dəyişdiyini araşdırırdı. Topladığı məlumatlar planetin keçmişdə daha isti və rütubətli şəraitə malik olub-olmadığını anlamağa kömək edib.
//Samir Qurbanov, Editor.az


