Putin: Rusiya-Qazaxıstan münasibətləri uğurla inkişaf edirbackend

Putin: Rusiya-Qazaxıstan münasibətləri uğurla inkişaf edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya ilə Qazaxıstan arasında münasibətlər uğurla inkişaf edir və yüksələn xətt üzrə davam edir.

Putinin sözlərinə görə, iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələri möhkəmlənməkdə davam edir. O qeyd edib ki, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq genişlənir, yüksək səviyyəli təmaslar isə müntəzəm xarakter daşıyır.

Rusiya lideri vurğulayıb ki, Moskva və Astana arasında qarşılıqlı etimada əsaslanan münasibətlər gələcəkdə də müxtəlif istiqamətlər üzrə inkişaf etdiriləcək. Bundan əlavə, iki ölkə arasında ticarət dövriyyəsinin artdığı və əməkdaşlığın yeni layihələrlə genişləndirildiyi bildirilib.

//Samir Qurbanov, Editor.az