Ukrayna qüvvələri Qorlovkanı atəş nəzarətinə götürdüklərini bildiriblərbackend

Ukrayna qüvvələri Qorlovkanı atəş nəzarətinə götürdüklərini bildiriblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin işğal altında olan Qorlovka şəhərini atəş nəzarətinə götürdüklərini açıqlayıblar.

Editor.az xəbər verir ki, Bu barədə 28-ci Ayrı Mexanikləşdirilmiş Briqadanın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, briqadanın pilotsuz uçuş aparatları bölmələri şəhərdə yerləşən hədəfləri nəzarətdə saxlamaq imkanına nail olub.
“Cəngavər pilotlar Qorlovkanı nəzarət altına alıblar”, – deyə briqadanın paylaşımında qeyd olunub.

Məlumata görə, Ukrayna qüvvələri şəhər ərazisində Rusiya ordusunun hərəkətlərini izləmək və zərurət yarandıqda onlara zərbələr endirmək imkanına malikdir.
Qeyd edək ki, Qorlovka 2014-cü ildən Rusiya tərəfindən dəstəklənən qüvvələrin nəzarəti altındadır və Donetsk vilayətində strateji əhəmiyyətə malik yaşayış məntəqələrindən biri hesab olunur.

//Samir Qurbanov, Editor.az