Qırmızı ət istehlakı insult riskinin artması ilə əlaqələndirilə bilər. Bu qənaət Çində aparılan genişmiqyaslı elmi araşdırmanın nəticələrində yer alıb.
Tədqiqatçılar 15 böyük perspektiv araşdırmanın məlumatlarını təhlil ediblər. Araşdırmaya ümumilikdə 1,29 milyondan çox insan cəlb olunub. Nəticələrə əsasən, qırmızı ətin müntəzəm istehlakı insult riskində kiçik, lakin statistik baxımdan əhəmiyyətli artımla müşahidə olunur.
Elmi işdə qeyd olunur ki, qırmızı ət və beyin qan dövranı pozğunluqları arasında əlaqə mövcud ola bilər. Bununla belə, alimlər bu riskin fərdi qidalanma vərdişləri və ümumi həyat tərzi ilə də sıx bağlı olduğunu vurğulayırlar.
Araşdırmanın nəticələri “Frontiers in Nutrition” jurnalında dərc olunub.
//Samir Qurbanov, Editor.az


