Ukraynanın Rusiya neft emalı infrastrukturuna endirdiyi zərbələrdən sonra ölkədə yanacaq böhranı genişlənməkdə davam edir.
Məlumata görə, benzin çatışmazlığı artıq ən azı 15 regionda, o cümlədən Moskva və Sankt-Peterburqda müşahidə olunur.
Yerli sakinlər may ayının sonlarından etibarən yanacaqdoldurma məntəqələrində Aİ-92 və Aİ-95 markalı benzinin qıtlığı barədə məlumat verməyə başlayıblar. İlk belə xəbərlər Ryazan vilayətindən gəlib.
Mütəxəssislər vəziyyəti Ukrayna pilotsuz uçuş aparatlarının Rusiyanın iri neft emalı müəssisələrinə endirdiyi zərbələrlə əlaqələndirirlər. Xüsusilə, ölkənin ən böyük neft emalı zavodlarından biri hesab olunan Rosneft-yə məxsus Ryazan Neft Emalı Zavodunun vurulmasının yanacaq tədarükünə ciddi təsir göstərdiyi bildirilir.
Ekspertlər xəbərdarlıq edirlər ki, emal güclərinin bərpası gecikərsə, yanacaq qıtlığı yaxın aylarda daha geniş ərazilərə yayıla və qiymətlərə əlavə təzyiq göstərə bilər.
//Samir Qurbanov, Editor.az


