Lavrov Ukraynanın NATO perspektivi ilə bağlı narazılığını ifadə edibbackend

Lavrov Ukraynanın NATO perspektivi ilə bağlı narazılığını ifadə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın gələcəyi ilə bağlı qərarlarda Moskvanın mövqeyinin nəzərə alınmamasından narazılığını ifadə edib.

Lavrov RT telekanalına müsahibəsində NATO-nun baş katibi Mark Ruttenin Kiyevə səfəri zamanı Ukraynanın gələcəkdə Alyansa üzv olacağı barədə səsləndirdiyi fikirlərə münasibət bildirib. O, Rusiyanın bu məsələdə öz təhlükəsizlik maraqlarının nəzərə alınmalı olduğunu vurğulayıb.
Nazirin sözlərinə görə, Moskva Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərarların Rusiyanın mövqeyi nəzərə alınmadan qəbul edilməsini qəbuledilməz hesab edir.

Lavrov həmçinin ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında aparılan təmaslara işarə edərək, Ukraynanın NATO-ya qəbul edilməməsi məsələsinin daha əvvəl müzakirə olunduğunu iddia edib.
Qeyd edək ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsi Rusiya ilə Qərb arasında əsas fikir ayrılıqlarından biri olaraq qalır.

//Samir Qurbanov, Editor.az