Azərbaycan elminə ağır itki baş verib.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin baş elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Teymur Cəlal oğlu Kərimov vəfat edib.
Qeyd edək ki, Teymur Kərimov 10 dekabr 1940-cı ildə Quba rayonunun İsnov kəndində anadan olub. O, ömrünün 61 ildən artıq hissəsini aqrar elmin inkişafına və Azərbaycan meyvəçiliyinin tərəqqisinə həsr edib, uzun illər institutda səmərəli elmi fəaliyyət göstərib.
Alim 45 elmi əsərin, o cümlədən 31 elmi məqalənin, 3 təlimatın, 1 metodiki tövsiyənin, 3 kitabçanın və 2 kitabın müəllifi idi.
Teymur Kərimov Azərbaycanda ilk dəfə alma tinglərinin qış calağı üsulu ilə yetişdirilməsi texnologiyasını hazırlayıb. O, meyvə bitkiləri üçün optimal əkin sxemlərinin müəyyənləşdirilməsi, armud, zoğal və əzgil bitkilərinin becərilmə texnologiyalarının işlənməsi, eləcə də intensiv alma bağlarında cərgəarası torpağın müasir üsullarla becərilməsi istiqamətində mühüm elmi nailiyyətlərə imza atıb.
Musavat.com


