Perişiç Xorvatiya millisində dünya çempionatlarında ən çox qol vuran futbolçu olubbackend

Perişiç Xorvatiya millisində dünya çempionatlarında ən çox qol vuran futbolçu olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İvan Perişiç Xorvatiya millisinin tarixində dünya çempionatlarında ən çox qol vurmuş futbolçu olub.

“Report”un məlumatına görə, təcrübəli yarımmüdafiəçi bunu DÇ-2026-nın 1/16 final mərhələsində Portuqaliyaya uduzduqları matçda (1:2) fərqlənməklə bacarıb.

Beləliklə, oyunçu mundiallarda 7-ci qoluna imza ataraq Davor Şukeri (6 qol) geridə qoyub.

Perişiç DÇ-2014-də iki, DÇ-2018-də üç, DÇ-2022-də bir dəfə rəqib qapılarına yol tapıb.

Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.