Avropa iqtisadiyyatı anomal istilər səbəbindən 5 milyard avro itiribbackend

Avropa iqtisadiyyatı anomal istilər səbəbindən 5 milyard avro itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropada müşahidə olunan anomal isti hava dalğası qitə iqtisadiyyatına təxminən 5 milyard avro ziyan vurub.

Editor.az xəbər verir ki, bu barədə sənaye üzrə müstəqil ekspert Leonid Xazanov məlumat verib. Onun sözlərinə görə, hesablamalar əsasən Avropa ölkələrində elektrik enerjisinin qiymətlərində baş verən artım əsasında aparılıb.

Ekspert bildirib ki, isti hava dalğasının iqtisadi təsirləri təkcə enerji sektoru ilə məhdudlaşmır. Onun sözlərinə görə, yüksək temperatur kənd təsərrüfatında məhsuldarlığın azalmasına səbəb ola bilər. Xüsusilə buğda və arpa əkinlərinin quruması ciddi itkilərlə nəticələnə bilər.

Bundan başqa, meşə yanğınlarının vurduğu zərər, eləcə də yüksək temperatur nəticəsində dəmir yolu relslərinin deformasiyası və nəqliyyat infrastrukturunda yarana biləcək qəzalar da iqtisadi itkiləri artıran əsas amillər sırasındadır.

Qeyd edək ki, iyunun sonundan etibarən Avropanın bir sıra ölkələrini misli görünməmiş isti hava dalğası bürüyüb. Bir çox bölgədə tarixi temperatur rekordları yenilənib. Fransada isti hava ilə əlaqədar əlavə ölüm hallarının sayı min nəfərə çatıb.

Meteoroloqların proqnozlarına görə, Almaniya, Fransa, Polşa, İsveçrə, Rumıniya və Slovakiyanın bəzi bölgələrində havanın temperaturu 40 dərəcəni keçəcək.

//Gülnarə Abasova, Editor.az