Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin 2021/2022-ci tədris ili çərçivəsində 21 şagirdi XI sinif üzrə məzun olub.
Editor.az xəbər verir ki, məzunlar ali məktəblərə 100% qəbul nəticəsini əldə edərək çox böyük uğura imza atıblar. Onlar Milli Qəhrəmanın adını daşıyan Təhsil Kompleksinin ənənəsini davam etdiriblər.


