Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zakharova rusiyalı vətəndaşları Taylanda səfərlərdən çəkinməyə çağırıb.
O, bu çağırışı ABŞ-ın tələbi ilə saxlanılma riski ilə əlaqələndirib.
Zaxarovanın sözlərinə görə, Rusiya vətəndaşları xaricə səfər edərkən mümkün hüquqi və təhlükəsizlik risklərini nəzərə almalıdırlar.
Açıqlama XİN-in rəsmi brifinq materiallarında yayımlanıb.
//Samir Qurbanov, Editor.az


