Reuters: Rusiyanın neft və qaz gəlirləri may ayında kəskin artıbbackend

Reuters: Rusiyanın neft və qaz gəlirləri may ayında kəskin artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın neft və qaz ixracından əldə etdiyi büdcə gəlirləri 2026-cı ilin may ayında illik müqayisədə 32,4 faiz artaraq 678,9 milyard rubla (təxminən 9,26 milyard ABŞ dolları) çatıb.

Bu barədə Reuters agentliyi Rusiya Maliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər yayıb.

Məlumata görə, gəlirlərdə qeydə alınan artım əsasən Yaxın Şərqdəki gərginlik fonunda dünya bazarlarında neft qiymətlərinin yüksəlməsi ilə əlaqədardır. Analitiklər hesab edirlər ki, qlobal enerji bazarındakı qiymət artımı Rusiyanın enerji ixracından əldə etdiyi gəlirlərə müsbət təsir göstərib.
Bununla yanaşı, aylıq müqayisədə gəlirlərdə azalma müşahidə olunub. May ayında neft və qaz gəlirləri aprel ayı ilə müqayisədə 20,7 faiz aşağı düşüb. Bu azalma aprel ayında büdcəyə mənfəət vergisi üzrə əlavə və dövri ödənişlərin daxil olması ilə izah edilir.

Qeyd edək ki, Rusiyanın enerji sektorundan əldə etdiyi gəlirlər ölkə büdcəsinin əsas maliyyə mənbələrindən biri olaraq qalır. Qərbin sanksiyalarına və Ukraynadakı müharibə ilə bağlı artan xərclərə baxmayaraq, yüksək enerji qiymətləri Moskvanın büdcə gəlirlərini dəstəkləməyə davam edir.

//Samir Qurbanov, Editor.az