Zelenski Putinə açıq məktub yazdı: Birbaşa danışıqlara çağırış etdibackend

Zelenski Putinə açıq məktub yazdı: Birbaşa danışıqlara çağırış etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski tammiqyaslı müharibənin başlanmasından bəri ilk dəfə olaraq Rusiya lideri Vladimir Putin ünvanına açıq məktub yayımlayıb.

Məktubda Zelenski müharibənin dayandırılmasına və liderlər səviyyəsində birbaşa danışıqlara başlanmasına çağırış edib. O qeyd edib ki, Putin 26 il əvvəl hakimiyyətə gəldiyi zaman Ukraynada ona müsbət yanaşanların çox olduğunu xatırlayır, lakin həmin dövrün artıq geridə qaldığını vurğulayıb.

Ukrayna lideri münaqişənin diplomatik yollarla həllinin vacibliyini önə çəkərək, tərəflər arasında birbaşa təmasların qurulmasının zəruriliyini bildirib.

//Samir Qurbanov, Editor.az