Ruslar Kiyevi vurdu: dağıntılar altında qalan insanlar axtarılırbackend

Ruslar Kiyevi vurdu: dağıntılar altında qalan insanlar axtarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xilasedicilər Kiyevdə doqquzmərtəbəli binanın dağıntıları altında qalmış ola biləcək 10-dan çox insanı axtarır. Bu binanın girişi Rusiyanın gecə hücumu nəticəsində uçub.

Daxili işlər naziri İqor Klimenkonun sözlərinə görə, hadisə yerində 30-dan çox insan yaralanıb. Klimenko əlavə edib ki, üç nəfərin öldüyü məlumdur.

Xilasedicilər binadan 28 nəfəri təxliyə ediblər. İtkin düşənlərin axtarışı üçün altı it qrupu səfərbər edilib. Klimenkonun sözlərinə görə, Rusiyadan gələn kütləvi atəşin nəticələrinin aradan qaldırılmasında 1500-dən çox xilasedici və polis əməkdaşı iştirak edir. Onlardan təxminən 600-ü Kiyevdə işləyir.

//Samir Qurbanov, Editor.az