ABŞ Ukraynanın hava hücumundan müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə ballistik raketlərin zərərsizləşdirilməsi üçün nəzərdə tutulan tutucu raketlərin tədarükü istiqamətində bütün mümkün addımları atır.
Editor.az xəbər verir ki, Bu barədə NATO-nun baş katibi Mark Rütte NATO üzv dövlətlərinin liderlərinin Ankarada keçirilən sammitinə həsr olunmuş mətbuat konfransında bildirib.
Rüttenin sözlərinə görə, PURL proqramı çərçivəsində Ukraynanın Rusiyanın ballistik raket hücumlarından müdafiəsi üçün həyati əhəmiyyət daşıyan tutucu raketlərlə təmin olunması məqsədilə intensiv iş aparılır.
O vurğulayıb ki, bu istiqamətdə bütün mövcud imkanlardan istifadə edilir.
//Samir Qurbanov, Editor.az

