İtaliya hökuməti ABŞ Prezidenti Donald Trampın Baş nazir Corca Meloni barədə səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirib.
Editor.az xəbər verir ki, Politico nəşrinin məlumatına görə, İtaliyanın yüksək vəzifəli rəsmiləri yaranmış siyasi rezonansı azaltmağa çalışaraq, Trampın açıqlamalarının iki ölkə arasındakı strateji tərəfdaşlığa təsir etməyəcəyini vurğulayıblar.
Rəsmilər Roma ilə Vaşinqton arasında əməkdaşlığın möhkəm əsaslara söykəndiyini bildirərək, tərəflər arasında münasibətlərin ayrı-ayrı siyasi bəyanatlardan daha geniş və uzunmüddətli xarakter daşıdığını qeyd ediblər.
//Samir Qurbanov, Editor.az

