ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinın İran ətrafındakı vəziyyətin nizamlanmasına yardım göstərilməsi ilə bağlı təşəbbüsünü hörmətlə qarşılayıb.
Editor.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.
Ryabkovun sözlərinə görə, Tramp Putinin təşəbbüsünə müsbət yanaşıb və onu konstruktiv addım kimi qiymətləndirib. Bununla yanaşı, ABŞ və ya Ağ Ev tərəfindən bu bəyanatla bağlı hələlik rəsmi təsdiq verilməyib.
//Samir Qurbanov, Editor.az

