ABŞ Ukraynanın Rusiyadakı neft emalı zavodlarına endirdiyi uzaqmənzilli zərbələrin həyata keçirilməsində Kiyevə kəşfiyyat və texniki dəstək göstərir.
Editor.az xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb. Bildirilir ki, son aylarda Ukrayna Rusiyanın neft emalı infrastrukturlarına indiyədək görünməmiş intensivlikdə hücumlar həyata keçirib.
Nəşrin məlumatına görə, bu zərbələr Rusiyada son illərin ən ciddi yanacaq çatışmazlıqlarından birinin yaranmasına səbəb olub. Məqalədə qeyd olunur ki, enerji infrastrukturuna hücumlar Moskvanın hərbi-logistika imkanlarına təzyiq göstərmək məqsədi daşıyır.
//Samir Qurbanov, Editor.az

