Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan məsələ ilə bağlı valideynin hüquq-mühafizə orqanlarına müraciət əsasında aparılmış araşdırma nəticəsində iddianın əsassız olduğu müəyyən edilib və bununla bağlı rəsmi qərar qəbul olunub.
“Həmçinin məktəbdaxili araşdırma aparılıb, müəllim, valideyn və şagirdə uyğun tövsiyələr verilib.
Eləcə də məsələ ilə bağlı Elm və Nazirliyinin Uşaq Müdafiəsi İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılır.
Elm və Təhsil Nazirliyinin Uşaq Müdafiəsi İdarəsinin nümayəndələri məktəbdə olub, şagird davranış qaydalarına əməl olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi genişləndirilib”, – məlumatda qeyd olunub.
***08.06.2026 23:34
Şagirdin dərsdə saqqız çeynədiyinə görə cəzalandırıldığı iddia olunur…
Globalinfo.az xəbər verir ki, valideyni deyir ki, çeynədiyi saqqızı saçına yağışdırmağı tələb edən müəllim, daha sonra övladının saçını kəsib.
Suraxanı rayon Dədə Qorqud qəsəbəsi sakini Ceyran Kazımovanın iddiasına görə, hadisə 315 nömrəli tam orta məktəbin 8 “B” sinfində təhsil alan övladı Hacət Bədəlovun başına gəlib.
Valideynin sözlərinə görə, hadisədən sonra 15 yaşlı oğlu ciddi psixoloji travma alıb.
Saçının kəsildiyi iddia edilən şagird isə həmin gün baş verənləri belə xatırlayır.
315 saylı tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Leyli Rüstəmova hadisə ilə bağlı araşdırma aparıldığını deyir.
Daha ətraflı Xəzər TV-nin videomaterialında:


