Saxlanılan Vilyam Hacıyev bu nazirin dostudur: Bilet satmaqdan, icra başçısına…backend

Saxlanılan Vilyam Hacıyev bu nazirin dostudur: Bilet satmaqdan, icra başçısına…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətində (RİH) keçirdiyi əməliyyat zamanı rayonun icra başçısı Vilyam Hacıyevi saxlayıb. 

10 avqust 1957 -ci ildə Göygöl şəhərində anadan olan Vilyam Hacıyev ilk əmək fəaliyyətinə Gəncə (Kirovabadda) aeroportunda bilet satmaqla başlayıb. O hava limanın o vaxtı rəhbərliyinin göstərişi ilə “qara bazar”da baha qiymətə təyyarə bileti satırmış.

Bilet satışı onu havada “uçmağa” sövq edir. Elə bu məqsədlə 1979-cu ildə Orenburq vilayətinin Buquruslan Mülki Aviasiya məktəbini, 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Mülki Aviasiya Akademiyasını bitirməsinə gətirib çıxarıb.

Bir sıra vəzifələrdə çalışdıqdan sonra, 14 aprel 2012-ci il tarixdən İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu.

Qeyd edək ki, Vilyam Hacıyev Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla yaxın dostluğu ilə tanınır.

//unikal.org

Kəmaləddin Heydərov üçün mühüm gün