Tehrandan Azərbaycana və 3 ölkəyə çağırış – REAKSİYAbackend

Tehrandan Azərbaycana və 3 ölkəyə çağırış – REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tehran hesab edir ki, Xəzəryanı ölkələr (Azərbaycan, Türkmənistan, Qazaxıstan, Rusiya və İran) dənizdə təhlükəsizlik məsələləri üzrə daha çox məsləhətləşmələr aparmalıdır”. Bunu İranın Türkmənistandakı səfiri Əli Müctəba Ruzbehani deyib.

Xəzəryanı ölkələrin dövlət başçılarının VI Sammiti başlayıb

“Xəzər dənizində düz başlanğıc xətlərinin müəyyənləşdirilməsi metoduna dair qarşılıqlı anlaşmaya nail olmaq üçün qarşımızda hələ uzun yol var. Narkotiklərlə mübarizə, brakonyerliyə qarşı mübarizə, elmi tədqiqatlar sahəsində əməkdaşlıq, Xəzər dənizinin ətraf mühitinin monitorinqi və bu barədə məlumat mübadiləsi kimi daha detallı, amma mühüm məsələlər üzrə uzunmüddətli danışıqlar davam edir. Həmçinin Xəzər dənizində hərbi sahədə etimadın möhkəmləndirilməsi üzrə əməkdaşlıq haqqında sazişin tamamlanması və inkişaf etdirilməsi prosesində daha çox məsləhətləşmələr aparılmalıdır”, – diplomat bildirib.
Səfir qeyd edib ki, ABŞ və İsraillə müharibə zamanı İranın Xəzər dənizi sahilində yerləşən şəhərləri və limanları hücumlara məruz qalıb: “Bundan başqa, bir müddət əvvəl İranın ticarət gəmisinə Rusiya sahilləri yaxınlığında Ukrayna tərəfindən hücum edilib”.

Rəsmi Tehranın bu çağırışı necə oxunmalıdır? Niyə indi?

Qabil Hüseynli: "Rusiyada benzin talonla verilir" - VİDEO - Primeinfo.az

Professor Qabil Hüseynli bildirir ki, İran üçün Xəzər hövzəsi indi daha mühüm məsələdir. Mütəxəssis Xəzərdə ticarət gəmisinin vurulmasından sonra Tehranın həssas olduğunu düşünür: “Əslində, bütün Xəzəryanı ölkələr üçün təhlükəsizlik prioritetdir. Çünki narkotik alveri, brokonyerlik, qaçaqmal və digər qanunsuz hərəkətlərə qarşı mübarizənin gücləndirilməsi zəruridir. Amma bu hallara qarşı onsuz da mütəmadi tədbirlər görülür. İranlı səfir daha çox son hadisələri nəzərdə tutaraq təhlükəsizliyi ön plana çəkib. Zənnimcə, İran ilk növbədə Xəzərin statusu ilə bağlı konvensiyanı ratifikasiya etməlidir. Bu məsələdə yeganə Tehrandır ki, addım atmayıb”.

Qabil Hüseynli deyib ki, Xəzər böyük neft-qaz ehtiyatlarına, zəngin bioloji resurslara və mühüm nəqliyyat imkanlarına malikdir: ” Buna görə onun hüquqi statusu yalnız hüquqi məsələ deyil, eyni zamanda, iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik məsələsi idi. Azərbaycan üçün Konvensiyanın əhəmiyyəti, ilk növbədə, Xəzərdə fəaliyyətin daha aydın hüquqi çərçivəyə salınması ilə bağlıdır. Bu, ölkənin dənizdəki iqtisadi fəaliyyətinin, enerji layihələrinin və nəqliyyat imkanlarının inkişafı üçün daha əlverişli şərait yaradır. Amma səfirin sözlərinə gəlincə, o demək deyil ki, Xəzərdə hərbi eskalasiya riski var. Bəli, Ukrayna Xəzərin Rusiya hövzəsinə bir neçə dəfə PUA hücumu həyata keçirib, İranın ticarət gəmisi vurulub, amma böyük ölçüdə təhlükə gözlənilmir”.

Musavat.com