Tramp İrana İsrailə raket zərbələrini dayandırmağı tövsiyə edibbackend

Tramp İrana İsrailə raket zərbələrini dayandırmağı tövsiyə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp İrana İsrailə raket zərbələrini dayandırmağı tövsiyə edib.

“Report” xəbər verir ki, bu barədə Tramp “Fox News” telekanalına açıqlamasında bildirib.

“Mən İrana aşağıdakıları təklif edərdim: raketlərinizi buraxdınız, bəsdir. Danışıqlar masasına qayıdın və razılaşma əldə edin”, – deyə o əlavə edib.

Tramp İsrailin Beyruta endirdiyi zərbələrdən narazı olduğunu bildirib.