Yaxın Şərq alovlanır: İran “Xeybərşekən” və “Zülfiqar”ı işə saldıbackend

Yaxın Şərq alovlanır: İran “Xeybərşekən” və “Zülfiqar”ı işə saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və İran arasında hərbi qarşıdurma daha da kəskinləşib.

Musavat.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ hərbi hədəflərinə qarşı həyata keçirdiyi “Nəsr-2” əməliyyatının üçüncü dalğasının başladığını elan edib.

“Xeybərşekən” və “Zülfiqar” raketləri işə salındı

Verilən rəsmi açıqlamalara görə, əməliyyatların növbəti mərhələsində İranın daxili istehsalı olan yüksək dəqiqlikli “Xeybərşekən” və “Zülfiqar” ballistik raketlərindən, həmçinin kamikadze dronlardan geniş istifadə olunub.  Zərbələrin əsasən ABŞ-nin bölgədəki strateji hərbi infrastrukturlarını, o cümlədən Küveytdəki “Əli Əl-Salem” və Bəhreyndəki “Şeyx İsa” aviabazalarını hədəf aldığı bildirilir.

Hücumlar nəticəsində pilotsuz uçuş aparatlarının (PUA) uçuş-eniş zolaqlarına və silah anbarlarına ciddi ziyan dəydiyi iddia edilir.  Gərginliyin artma səbəbiİran tərəfi bu addımı ABŞ ordusunun ölkənin cənubundakı sahil mühafizə məntəqələrinə və hərbi mövqelərinə endirdiyi zərbələrə cavab olaraq atdığını bəyan edib.

SEPAH rəsmiləri ABŞ-nin bölgədəki hərbi aktivliyini dayandırmayacağı təqdirdə hücumların davam edəcəyini və cavab tədbirlərinin daha ağır olacağını xəbərdar edib.

***

İran ordusu ABŞ bazasını PUA-larla vurdu: İordaniyada yeni hücum dalğası

Yaxın Şərqdə gərginlik daha da artır.

Musavat.com xəbər verir ki, İran ordusu İordaniyadakı ABŞ hərbi bazasına pilotsuz uçuş aparatları ilə zərbə endirdiyini açıqlayıb.

Fars agentliyinin yaydığı məlumata görə, hücum İordaniyanın Əl-Əzraq aviabazasına qarşı həyata keçirilib. Bildirilir ki, zərbələrin hədəfi ABŞ qüvvələrinin qırıcı təyyarələrinin yerləşdiyi məntəqələr, şəxsi heyətin yaşayış binaları və iri hərbi texnika anbarı olub.

Tehran bu əməliyyatın ABŞ-nin regiondakı hərbi obyektlərinə qarşı həyata keçirilən silsilə hücumların yeddinci mərhələsi olduğunu bəyan edib.